“Barselona” klubu yayda heyətini gücləndirmək fikrindədir.
Lent.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya təmsilçisi “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanqın xidmətində maraqlıdır.
Qabonlu hücumçu ilə danışıqlara start verilib. Obameyanqın “Barsa”ya keçməyə razı olduğu bildirilir. Forvarddan “hə” cavabı alan ispanlar indi “Arsenal” rəhbərliyini razı salmalıdırlar.
Qeyd edək ki, 30 yaşlı hücumçu 2018-ci ildən "Arsenal"ın formasını geyinir. O, “topçular”ın heyətində ümumilikdə 96 oyunda 61 qola imza atıb.